IMG-LOGO

Tonqa Krallığında 5,4 maqnitudada zəlzələ olub

10 Dec 2025 08:57 29 baxış
IMG

Tonqa Krallığının ən böyük adası olan Tonqatapunun cənub sahilində 5,4 bal maqnitudada zəlzələ qeydə alınıb.

"Report"un xəbərinə görə, bu barədə Avstraliyanın Dövlət Geologiya Bürosu məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 24 mindən çox insanın yaşadığı paytaxt Nukualofadan 420 kilometr cənubda, episentri təxminən 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

Mənbə: report.az

Xəbər lenti