IMG-LOGO

ABŞ Prezidenti: Miqrasiya və enerji siyasəti Avropanı məhv edə bilər

10 Dec 2025 08:03 25 baxış
IMG

Miqrasiya və enerji siyasəti Avropanı məhv edə bilər.

"Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bu açıqlamanı Pensilvaniya ştatının Maunt-Pokono şəhərində çıxışında verib.

O bildirib ki, Avropa ölkələri seçdikləri kursa görə ciddi problemlərlə üzləşirlər.

"Avropada çox pis hadisələr baş verir. Onların çox pis miqrasiya siyasəti var və bu, bizim gözəl Avropamızı məhv edir. Mən onlara pulsuz məsləhət verirəm: ehtiyatlı olmaq lazımdır, çünki miqrasiya və enerji Avropanı məhv edəcək", - Tramp deyib.

Mənbə: report.az

Xəbər lenti