IMG-LOGO

ABŞ-nin qırıcı təyyarələri Venesuela hava məkanı yaxınlığında uçuşlar keçirib

10 Dec 2025 05:43 26 baxış
IMG

Çərşənbə axşamı ABŞ-nin iki "F/A-18F Super Hornet" qırıcı təyyarəsi Venesuela hava məkanı yaxınlığında uçuşlar keçirib.

"Report"un xəbərinə görə, bu barədə "Flightradar24" aviasiya resursu məlumat yayıb.

Karib dənizində Amerika təyyarədaşıyan gəmisi "USS Gerald Ford"dan havaya qalxan qırıcı təyyarələr Qolfo de Venesuela körfəzindəki 12 millik dəniz zonasının xaricində təxminən 10-15 kilometr məsafədə uzun müddət uçuşlar həyata keçiriblər. Lakin təyyarələr Venesuela hava məkanını pozmayıb.

Mənbə: report.az

Xəbər lenti