IMG-LOGO

Zelenski Trampa cavab verib: Seçkilərə hər zaman hazıram

09 Dec 2025 20:38 34 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın ölkədə seçkilər keçirilməsi çağırışını şərh edib.

"Report" xəbər verir ki, bu barədə o, İtaliyanın "La Repubblica" qəzetinə danışıb.

"Mən hər zaman seçkilərə hazıram", - deyə Zelenski bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp "Politico"ya müsahibəsində qeyd edib ki, Ukraynada prezident seçkiləri keçirilməsinin vaxtıdır. Onun fikrincə, Ukrayna xalqının seçim imkanı olmalıdır. Tramp seçkilərdə hazırkı Prezident Zelenskinin qələbə qazanacağını da istisna etməyib.

Mənbə: report.az

Xəbər lenti