IMG-LOGO

İndoneziyada yanğın nəticəsində ölənlərin sayı 22-yə çatıb

09 Dec 2025 21:04 33 baxış
IMG

İndoneziyanın paytaxtı Cakartada ofis binasında baş verən yanğın nəticəsində ölənlərin sayı 22-yə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Kompas TV" məlumat yayıb.

Şahidlərin sözlərinə görə, yanğın zamanı onlarla işçi binanın altıncı mərtəbəsində qalıb. Bildirilir ki, onlara təcili yardım ipləri vasitəsilə bir-bir binadan enməyə kömək edilib.

Mənbə: report.az

Xəbər lenti