IMG-LOGO

Sabah Coratda 650 abonentin qazı kəsiləcək

09 Dec 2025 14:39 26 baxış
IMG

Sabah Corat qəsəbəsində 650 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən "Report"un yerli bürosuna verilən məlumata görə, Sumqayıt şəhəri, Corat qəsəbəsində yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar dekabrın 10-da 650 abonentin qaz təchizatında fasilə olacaq.

Qazın verilişi işlər tamamlandıqdan sonra bərpa ediləcək.

Mənbə: report.az

Xəbər lenti