IMG-LOGO

"Azəriqaz"ın baş direktoru Naftalanda vətəndaşları qəbul edəcək

09 Dec 2025 13:34 26 baxış
IMG

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun növbəti vətəndaş qəbulu Naftalanda keçiriləcək.

"Report" "Azəriqaz"a istinadən xəbər verir ki, vətəndaş qəbulu dekabrın 11-də saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq.

Görüş zamanı Naftalan şəhərindən, Goranboy və Xocalı rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.

Qurum vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz"ın xidmət sahələrinə aid olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Gəncə Regional Qaz İstismarı İdarəsinə (tel: 055-224-90-66; 050-845-77-79) müraciət edə bilərlər.

Mənbə: report.az

Xəbər lenti