IMG-LOGO

Rusiya Müdafiə Nazirliyinə məxsus təyyarə qəzaya uğrayıb - YENİLƏNİB

09 Dec 2025 14:04 25 baxış
IMG

"An-22" təyyarəsi Rusiyanın İvanovo vilayətindəki Uvodskoye su anbarı ərazisində qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.

Xilasedicilər hadisə yerinə gedib. Təyyarənin qalıqları suda tapılıb. Məlumata görə, "An-22" təmirdən sonra planlı uçuş həyata keçirirmiş.

13:33

Rusiyanın İvanovo vilayətinin Furmanov rayonunda "An-22" təyyarəsi qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "REN TV" mənbəyə istinadən bildirib.

Məlumata görə, təyyarənin göyərtəsində yeddi ekipaj üzvü olub.

Ölən və xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir.

İlkin məlumata görə, təyyarə Rusiya Federasiyası Müdafiə Nazirliyinə məxsusdur.

Mənbə: report.az

Xəbər lenti