IMG-LOGO

Gənc oğlan küçədə GÜLLƏLƏNDİ: qətl yoxsa intihar?

06 Dec 2025 13:35 8 baxış
IMG
Gənc oğlan küçədə GÜLLƏLƏNDİ: qətl yoxsa intihar? 0 0

Türkiyədə gənc oğlan küçədə güllələnib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Balıkesir rayonunu Erdek qəsəbəsində qeydə alınıb.

Yoldan keçənlər bir nəfəri yerdə uzanıqlı halda görərək, polisə məlumat veriblər. Hadisə yerinə gələn polislər onun 20 yaşlı Usame Sarı olduğunu və odlu silahla vurulduğunu müəyyən ediblər. Dərhal xəstəxanaya aparılan gənci xilas etmək mümkün olmayıb.

Hadisənin qətl yaxud intihar olub-olmadığı araşdırılır.

Hadisələr küçədə qətl hadisəsi gənc oğlan özünü öldürdü

Xəbər lenti