IMG-LOGO

ABŞ-də biznes təyyarəsi qəzaya uğrayıb

18 Dec 2025 21:38 4 baxış
IMG

ABŞ-nin Şimali Karolina ştatının Steytsvill regional hava limanında eniş etməyə cəhd göstərən "Cessna C550" tipli biznes təyyarəsi qəzaya uğrayıb.

"Report" bu barədə "ABC News" telekanalına istinadən məlumat yayıb.

ABŞ Federal Mülki Aviasiya İdarəsi xəbəri təsdiqləyib, lakin əlavə məlumat verməyib.

Təyyarə yerə çırpıldıqdan sonra partlayıb, hazırda hadisə yerində yanğınsöndürənlər də daxil olmaqla təcili yardım xidməti əməkdaşları çalışırlar.

Ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur.

Xəbər lenti