IMG-LOGO

Pezeşkian İranın ABŞ ilə razılaşma üçün şərtlərini açıqlayıb

12 Apr 2026 23:02 2 baxış
IMG

İran Prezidenti Məsud Pezeşkian İslam Respublikasının ABŞ ilə razılaşma üçün şərtlərini açıqlayıb.

"Report" xəbər verir ki, o bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Əgər ABŞ hökuməti öz totalitar ambisiyalarından əl çəkərsə və İran xalqının hüquqlarına hörmət etməyə başlayarsa, o zaman yəqin ki, razılaşmaya nail olmağın yolları tapılacaq", - Pezeşkian bildirib.

İran Prezidenti paylaşımının sonunda danışıqlar aparan nümayəndə heyətinin üzvləri, xüsusilə parlament sədri Məhəmmədbaqer Qalibafa təşəkkür edib.

Xəbər lenti