IMG-LOGO

Zaqatalada 57 yaşlı qadını maşın vurub öldürdü

06 Dec 2025 10:57 8 baxış
IMG
Zaqatalada 57 yaşlı qadını maşın vurub öldürdü 0 0

Zaqatalada avtomobil qadını vurub.

Lent.az xəbər verir ki, hadisə Zaqatala-Muğanlı avtomobil yolunda, Aşağı Tala kəndi ərazisində baş verib.

Rövşən Hazmanov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə Aşağı Tala kənd sakini 57 yaşlı Dilbər Osmanovanı vurub. Nəticədə qadın hadisə yerində ölüb.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Hadisələr Zaqatala rayonu

Xəbər lenti