IMG-LOGO

Bərdədə maşın dirəyə çırpıldı: sürücü yaralandı

05 Dec 2025 20:42 8 baxış
IMG
Bərdədə maşın dirəyə çırpıldı: sürücü yaralandı 0 0

Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Lent.az xəbər verir ki, “VAZ-2107” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dirəyə çırpılıb və aşıb.

Qəza nəticəsində sürücü xəsarət alıb. Hadisə eyni zamanda internet xəttinə də zərər vurub.

Faktla bağlı araşdırma aparılır.

bərdə qəza

Xəbər lenti