IMG-LOGO

Azərbaycan millisi Haitiyə uduzdu

23 Mar 2025 00:02 182 baxış
IMG

Futbol üzrə Azərbaycan millisi Haiti yığması ilə yoldaşlıq oyunu keçirib.

Lent.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv 2025-ci ilin ilk matçında rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edib.

Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan seçməsi yoldaşlıq oyununda martın 25-də Masazırda Belarus komandası ilə üz-üzə gələcək.

Xəbər lenti