IMG-LOGO

Evladlığa götürülən 11 yaşlı uşaq, 38 yaşlı dələduz çıxdı - Film kimi HƏYAT

19 Jun 2026 16:33 13 baxış
IMG
0 0

Bir cütlüyün kilsədə tanış olduqları və kimsəsiz olduğunu düşündükləri qıza sahib çıxması gözlənilməz hadisə ilə nəticələnib.

Lent.az BBC -yə istinadən xəbər verir ki, bu hadisə bütün Brazilyanı şoka salıb.

Ər-arvad kilsədə gördükləri qıza evlad kimi yanaşıb, ona yardım etməyə və həyatına dəstək olmağa çalışıblar. Lakin sonradan məlum olub ki, özünü köməksiz və müdafiəsiz göstərən həmin şəxs əslində ailənin inamından istifadə edib.

Hadisə sosial şəbəkələrdə və mediada böyük maraq doğurub. Cütlük qızın vəziyyətindən təsirlənərək onu tək buraxmaq istəməyib. Onun kimsəsiz olduğunu düşünən ailə, qıza qarşı mərhəmət göstərib və ona yaxın münasibət qurub. Lakin ailənin bir qohumu vəziyyətə şübhə ilə yanaşmağa başlayıb.

Qohumun diqqətini çəkən məqamlar hadisənin istiqamətini dəyişib. O, qızın davranışlarında uyğunsuzluq hiss edib və onun söylədiklərinin tam həqiqət olmadığını düşünərək məsələni araşdırmağa başlayıb. Bu şübhə sonradan ailənin böyük bir oyunun içində olduğunu üzə çıxarıb.

Məlumata görə, qız 11 yaşında olduğunu deyib. Özünü ehtiyacı olan, sahibsiz və qorunmağa möhtac biri kimi təqdim edib. Ailə də onun bu vəziyyətinə inanaraq kömək göstərib. Ancaq ortaya çıxan faktlar göstərib ki, məsələ sadə bir yardım hekayəsi deyil, planlı şəkildə qurulmuş dələduzluq hadisəsi olub.

Hadisənin ən diqqətçəkən tərəfi isə həmin şəxsin ailənin düşündüyü kimi “uşaq” olmaması ilə bağlı iddiadır. Qohumun şübhəsi məhz bu məqam üzərində daha da güclənib. Sonradan ailənin inamından sui-istifadə edildiyi ortaya çıxıb.

Qadın ailəni necə inandırıbsa, ögey ata-anası ona 12-ci yaş günü “partisi”  keçiriblər. Otağını oyuncaqlarla doldurublar. Çox gözəl geyimlər alıb, bütün ehtiyaclarını ödəyiblər. Hamı sual verirmiş ki, bəsniyə bu qədər böyük görsənirsən? Cavab bu olub ki, atası onunla cinsi münasibət yaşamaq üçün dayanmadan böyümə hormonu verirmiş. O, ailəni inandırmaq üçün biberondan istifadə edib, uşaq kimi davranıb.

Amanda Maria Souza de Oliveira adlı bu dələduz qadın deyirmişki, atasının işgəncələrindən sonra evdən qaçıb və tapılmaq istəmədiyi üçün heç bir məktəbə getməyib. Keçmişdə zorla ağır hormon dərmanları içirilməsi söhbəti isə insanların vicdanını daha da yükləyib.

Lakin ailənin qohumlarından biri bu qadından şübhələnib. Araşdırmadan sonra məlum olub ki, bu qadın illərdir oxşar üsullarla insanları aldadırmış. Amanda Maria Souza de Oliveira əslində 38 yaşlı qadındır. Polis onu nəzarətə alıb və hazırda cəzası müəyyən ediləcək.

 

dələduzluq ailə kimsəsiz qız evladlıq kilsə qohumun şübhəsi fırıldaq sosial hadisə inamdan sui-istifadə ailə dramı maraqlı hadisə xəbər

Mənbə: lent.az

Xəbər lenti