IMG-LOGO

Bakıda taksi sürücüsü “Changan”ın qapısını kobud açan sərnişini döydü

19 Jun 2026 20:02 15 baxış
IMG
0 0

Bakıda taksi sürücüsü sərnişini döyüb.  

Lent.az xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

“Changan” markalı avtomobildə taksi fəaliyyəti ilə məşğul olan 28 yaşlı Ramiz Cəfərov (ad və soyad şərtidir) müştəri kimi maşına əyləşmək istəyən Əli Mehdiyevin (ad və soyad şərtidir) avtomobilin qapısını kobud surətdə açmasına irad bildirib. Bu isə tərəflər arasında mübahisəyə səbəb olub. Ə. Mehdiyevin mübahisə zamanı onu təhqir etməsindən əsəbiləşən R. Cəfərov onun sifət nayihəsinə yumruqla vuraraq xəsarət yetirib.

Faktla bağlı Ramiz Cəfərov saxlanılıb və barəsində cinayət işi başlanılıb.

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını qeyd  edib. Həmçinin zərərçəkən də təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə Ramiz Cəfərov barəsində cinayət işinin icraatına xitam verilib.

Hadisələr cinayət işləri məhkəmə işləri Changan taksi

Mənbə: lent.az

Xəbər lenti