IMG-LOGO

"Real"In yarımmüdafiəçi arzusu: Çuameni getsin, Buaddi gəlsin

19 Jun 2026 19:51 14 baxış
IMG
2 0

"Real Madrid" Mərakeş millisinin və Fransanın "Lill" komandasının 18 yaşlı yarımmüdafiəçisi Ayub Buaddi ilə maraqlanan əsas klublardan biridir.

Lent.az xəbər verir ki, futbolçu Dünya Çempionatı-2026-nın qrup mərhələsinin ilk turunda Braziliyaya qarşı keçirilən və 1:1 hesabı ilə başa çatan oyundan sonra Avropanın aparıcı klublarının diqqətini daha da çox cəlb edib.

Məlumata əsasən, "Lill" futbolçunun transferi ilə bağlı 70 milyon avrodan yuxarı təklifləri nəzərdən keçirməyə hazırdır.

Buaddinin "Lill"lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 50 milyon avro təşkil edir.

Həmçinin baş məşqçi Joze Mourinyonun gəlişindən sonra "Real"ın yarımmüdafiəçisi Orelien Çuameninin gələcəyi sual altında qalıb.

Belə ki, "Mançester Yunayted" və "Liverpul" Çuameninin vəziyyətini yaxından izləyir və onun komandadakı durumu pisləşəcəyi halda transfer üçün hərəkətə keçməyə hazırdır. "Arsenal" və "Çelsi" də futbolçu ilə maraqlansa da, onların marağı nisbətən zəif qiymətləndirilir.

Bildirilir ki, "Real" 26 yaşlı yarımmüdafiəçinin transferi üçün təxminən 100 milyon avro tələb edəcək. Klub rəhbərliyi hesab edir ki, Çuameninin satışı Mourinyonun rəhbərliyi altında komandanın yenidən qurulması üçün maliyyə mənbəyi ola bilər.

Fransalı futbolçu ötən mövsüm bütün turnirlərdə 49 oyunda meydana çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Çuameninin "Real"la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, onun hazırkı bazar dəyəri 70 milyon avrodur.

İdman xəbərləri futbol

Mənbə: lent.az

Xəbər lenti