Ağdaşda 14 yaşlı oğlan su kanalına düşərək ölüb.
"Report" xəbər verir ki, hadisə rayonun Qoşaqovaq kəndində qeydə alınıb.
2010-cu il təvəllüdlü Vüqar Zakirli dərsdən qayıdan zaman Şirvan Suvarma kanalının ətək hissəsində əlini yuyan zaman sürüşərək kanala düşüb.
Nəticədə yeniyetmə suda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bizim WhatsApp kanalımıza abunə olun