24.09.2024-cü il tarixində saat 14:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1991-ci il təvəllüdlü (qadın cinsli) şəxs ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona qapalı kəllə-beyin travması, çoxsaylı yaralar, o cümlədən sağ bud və alt çənə sümüyünü sınığı diaqnozları təyin edilib. Dərhal reanimasiyon tədbirlərin həyata keçirilməsinə baxmayaq, yaralının həyatını xilas etmək mümkün olmayıb. Saat 15:20-də ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, hadisə nəticəsində daha 4 nəfərin həkiməqədər ölümü qeydə alınıb.
16.14Biləsuvar rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 5-ə çatıb.
"Report"un Muğan bürosunun məlumatına görə, Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verən yol qəzasında yaralanan daha bir sərnişin ölüb.
Məlumata görə, ölən şəxslər Cəlilabaddan Ağcabədiyə toya gedirmişlər.
15:58Biləsuvar rayonunda baş verən ağır yol qəzasında yaralananlardan daha biri ölüb.
"Report"un Muğan bürosunun məlumatına görə, Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb.
Ölənlərdən biri avtomobilin sürücüsü Pərviz Hüseynovdur.
15:31Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Lada-012" markalı minik avtomobilinin MAN yük maşınına çırpılması nəticəsində üç nəfərin öldüyü, bir nəfərin ağır xəsarət aldığı bildirilir.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim Telegram kanalımıza abunə olun