Şəmkir rayonunda yerli sakin mübahisə zəminində bıçaq xəsarəti alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1996-cı il təvəllüdlü N.Nəsrəddinli mübahisə zəminində bıçaqlanıb.
Zərərçəkən xəstəxanaya çatdırılıb, vəziyyəti kafi qiymətləndirilir.
Hadisəni törətməkdə onun həyat yoldaşı şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.
Bizim Telegram kanalımıza abunə olun