IMG-LOGO

Dövlət Departamenti Yaponiyaya yanacaqdoldurma təyyarələrinin satışını təsdiqləyib

14.09.2024 06:57 36 baxış
IMG

ABŞ Dövlət Departamenti Yaponiyaya “KC-46A” yanacaqdoldurma təyyarələri və əlaqədar avadanlıqların təxminən 4,1 milyard dollar məbləğində satılması barədə müqaviləni təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə Pentaqonun tərkibinə daxil olan təhlükəsizlik sahəsində əməkdaşlıq agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Yaponiya hökuməti bu tip doqquza qədər təyyarə, həmçinin mühərriklər, radar və silah sistemləri və əlaqəli avadanlıqlar istəyib. Ehtimal olunan razılaşmanın regionda hərbi qüvvələrin yerləşdirilməsində əsaslı dəyişikliklərə səbəb olmayacağı gözlənilir.

ABŞ ordusunun döyüş qabiliyyəti, Pentaqonda vurğulandığı kimi, bu təyyarələrin satışı nəticəsində də zərər görməyəcək. ABŞ Konqresi artıq müqavilə barədə bildiriş alıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti