"Meqa Həyat Sığorta" ASC bu ilin yanvar-sentyabr aylarını 3,409 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,5 % çoxdur.
9 ayda "Meqa Həyat Sığorta"nın gəlirləri 18,49 milyon manat (1 il əvvələ nisbətən 46,9 % çox), xərcləri 14,228 milyon manat (48,9 % çox), mənfəət vergisi ödəmələri isə 852 min manat (40,6 % çox) təşkil edib.
Bu il oktyabrın 1-nə "Meqa Həyat Sığorta"nın aktivləri 45,851 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,7 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 6,1 % azalaraq 27,727 milyon manata düşüb, balans kapitalı isə 19,75 % artaraq 18,124 milyon manata çatıb.
Xatırladaq ki, "Meqa Həyat Sığorta" 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 11 milyon manatdır. Şirkətin səhmdarı 100 % "Meqa Sığorta"dır.
Mənbə: report.az