"Meqa Sığorta" ASC bu ilin yanvar-sentyabr aylarını 2,778 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,55 % azdır.
9 ayda "Meqa Sığorta"nın gəlirləri 28,098 milyon manat (1 il əvvələ nisbətən 8,4 % çox), xərcləri 24,879 milyon manat (12,2 % çox), mənfəət vergisi ödəmələri isə 441 min manat (40,9 % az) təşkil edib.
Bu il oktyabrın 1-nə "Meqa Sığorta"nın aktivləri 60,391 milyon manat olub ki, bu da illik müqayisədə 5,7 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 10 % artaraq 30,189 milyon manata, balans kapitalı isə 1,7 % artaraq 30,202 milyon manata çatıb.
Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19 %-i Rauf Əliyevə ("Rabitəbank" ASC-nin 38,6 %-lik səhmdarı), 19 %-i Nəzakət İsmayılovaya, 19 %-i Zaur Quliyevə, 14 %-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10 %-i Zeynal Əliyevə, 10 %-i Faiq Şahəliyevə, 9 %-i isə Yaşar Əliyevə məxsusdur.
Mənbə: report.az