Bolqarıstanda 103 ildə ilk dəfə vəba aşkarlanıb.
“Report” xəbər verir ki, bu barədə “Novinite” nəşri məlumat yayıb.
Xəstəliyi Bolqarıstanda daimi yaşayan 23 yaşlı hindistanlı, avqustun 2-dən 23-dək vətənində olmuş gənc gətirib. Gəncdə vəba əlamətləri sentyabrın 3-də özünü göstərib.
O, həkimlərin nəzarəti altındadır. Qeyd olunur ki, xəstənin ümumi vəziyyəti yaxşıdır. Onunla birlikdə yaşayan kişi karantinə alınıb.
Qeyd edək ki, Bolqarıstanda son vəba epidemiyası 1914-1918-ci illər arasında baş verib.
Bizim Telegram kanalımıza abunə olun