IMG-LOGO

CAR: Afrika ölkələrinin BMT TŞ-də bərabər səlahiyyətlərə ehtiyacı var

14.09.2024 00:05 31 baxış
IMG

Cənubi Afrika Respublikası (CAR) Birləşmiş Ştatların Afrika ölkələrinə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri üçün iki yeni yerin yaradılmasını dəstəkləmək niyyətinə müsbət yanaşır, lakin hesab edir ki, onlar Təhlükəsizlik Şurasının digər üzvlərinə bənzər səlahiyyətlərə, o cümlədən veto hüququna malik olmalıdırlar.

"Report"un məlumatına görə, bunu Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafosa Pretoriyada jurnalistlərlə görüşündə deyib.

"Biz Birləşmiş Ştatların Afrika üçün Təhlükəsizlik Şurasında daimi üzv ölkələrin bir hissəsi olaraq iki yer təmin etmək niyyətini alqışlayırıq", - o deyib. "Afrika uzun illərdir BMT Təhlükəsizlik Şurasında bərabər əsaslarla iştirak etmək üçün mübarizə aparır. 1,3 milyard əhalisi olan bir qitənin olmaması BMT-nin rolunu azaldır", - Matamela Siril Ramafosa əlavə edib.

S.Ramafosanın sözlərinə görə, ABŞ-nin Təhlükəsizlik Şurasının yeni potensial üzvlərinə veto hüququnun verilməsini dəstəkləməməsi problemlər yaradır. “Biz tələb edəcəyik ki, Təhlükəsizlik Şurasının yeni daimi üzvləri hazırkı üzvlər kimi hüquqlara malik olsunlar”, - dövlət başçısı qeyd edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti