Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) Ukraynada monitorinq missiyalarını genişləndirəcək.
"Report"un “RBC-Ukrayna”ya istinadən verdiyi xəbərə görə, "Energoatom" şirkəti atom elektrik stansiyasının təhlükəsizliyinə təsir edən infrastruktur obyektlərinə müşahidəçilərin göndəriləcəyi ilə bağlı məlumat yayıb.
Qeyd olunub ki, bu günlərdə AEBA-nın bir qrup eksperti AES-in təhlükəsizliyinə və işinin sabitliyinə təsir edən elektrik yarımstansiyalarından birinə baş çəkib.
Yarımstansiya bu yaxınlarda Rusiyanın endirdiyi kütləvi raket zərbələri nəticəsində zədələnib.
Bu səfər AEBA-nın baş direktoru Rafael Qrossi ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsinin başlanğıcı oldu.
Bizim WhatsApp kanalımıza abunə olun