IMG-LOGO

İllik qazancı 1.2 milyon dollar olan iş təklif edilir - ŞƏRTLƏRİ...

13.09.2024 11:32 32 baxış
IMG

Hər kəsin seçdiyi və ya maddi baxımdan keçinmək üçün məşğul olduğu bir işi var. Şübhəsiz ki, hər bir peşənin öz çətinlikləri var. Hər birimiz müəyyən səbəblərə görə bu işlərin öhdəsindən gəlməyə çalışırıq. Ancaq dünya üzərində elə bir iş var ki, onun çətinliyi digərləri ilə belə müqayisə edilə bilmir. Sözügedən işin öhdəsindən gələ bilənlərin illik maaşı 1.2 milyon dollardır. Ancaq təəssüf ki, hələ də bu maaşı ala bilən olmayıb. 

Lent.az xəbər verir ki, söhbət Fransa sahillərində İngiltərə dənizinə açılan La-Manş boğazında yerləşən “La Jument” adlı mayakdan gedir. İş sadəcə bu mayakda yaşamaqdan ibarətdir. Çox sadə səslənsə də, minlərlə insan bir ay belə dözə bilmədən işdən imtina edib. Çünki bura çox təhlükəli bir yerdir. Ən xırda bir səhvdə həyatınızı itirə bilərsiniz. 

İşi qəbul edənlər hər riski gözə aldığını və mümkün bir qəzada şirkətin məsuliyyət daşımadığını bəyan edirlər. Burada əsas iş mayakın işıqlarının sağlam yandığından əmin olmağınız və əlaqələri daim təmin etməyinizdir. Yəni oradan keçən istənilən gəmiləri rabitə vasitəsilə baş verəcək təhlükələr barəsində xəbərdarlıq etməkdir. Həmçinin, pis hava şəraitində buranı tranzit kimi istifadə edən tankerləri idarə etmək də işin bir hissəsidir. Bundan başqa heç bir işiniz yoxdur. Ancaq buradan çıxa bilmirsiniz. İldə sadəcə 2 həftə icazəniz var. İl boyunca insan üzü görmürsünüz. Qida ehtiyaclarınız ayda bir dəfə qayıqla gətirilir. Qidaları gətirən şəxs isə dəniz fənərinə çıxmadan çatdırılmanı edir və geri qayıdır. Hətta işçini görmür. Bir növ həbsxana həyatı yaşayırsınız. 

Həmçinin, uşaqların bura çıxması da qadağandır. Evlisinizsə, yoldaşınız sizinlə yaşaya bilər. Onun xaricində quruya əsla çıxa bilmirsiniz. Xəstələnsəniz özəl həkim sizin üçün gəlir, sizi müalicə edir. Yox, əgər xəstəliyiniz ağırdırsa, işinizə son verilərək xəstəxanaya aparılırsınız. 

Sözügedən mayakın olduğu bölgə dünyanın ən çox küləkli olan və böyük dalğalara məruz qalan yerlərdən biridir. İçində bir gün keçirmək maraqlı və əyləncəli təcrübə ola bilər. Ancaq orada qalanların dediklərinə görə, 3 gün sonra küləyin səsinə, böyük dalğaların divarları döyməsinə dayanmaq mümkün olmur. Bu mayak zamanla insan psixologiyasını alt-üst edir. Yatmadığınız hər saat ayaqda ətrafa nəzarət etməklə keçir. Tək əyləncə televizor və internetdir. O da bəzən işləmir. Dünya ilə başqa heç bir bağlantınız qalmır. Bunu bacara bilsəniz, ayda 100 min dollar, yəni illik 1.2 milyon dollar sizin olur. Ancaq nəinki illik, bu günə qədər heç aylıq maaşı da alan biri olmayıb. Ən çox çalışan şəxs orada sadəcə 9 gün qala bilib. Daimi qala bilən bir işçi tapılmadığı üçün hazırda qısamüddətli növbələr şəklində işçilər çalışdırılır. Növbəli şəkildə orda qalan işçilər isə günlərinə 1000 dollar məvacib alırlar. Ta ki, bu işi il boyu edə bilən biri tapılana qədər... 

Xəbər lenti