IMG-LOGO

KİV: London və Vaşinqton Ukraynanın ABŞ naviqasiyası ilə Britaniya raketlərindən istifadəsini müzakirə edir

13.09.2024 07:46 27 baxış
IMG

ABŞ və Böyük Britaniya hökumətləri Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli zərbələr endirməsinə icazə verilməsini müzakirə edirlər. Söhbət ABŞ-nin naviqasiya məlumatları ilə Britaniya qanadlı raketlərinin istifadəsindən gedir.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin mənbələrinin sözlərinə görə, bu məsələ son bir neçə gün ərzində ABŞ dövlət katibi Antoni Blinkenin Londonda və Kiyevdə iştirakı ilə keçirilmiş danışıqların bir hissəsi olub.

Kiyev Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək üçün daha güclü Qərb silahlarında israr edərkən, rəsmi şəxslər Ağ evin Ukraynaya sərhədyanı hücumlarda Britaniyanın “Storm Shadow” raketlərindən istifadəyə icazə verib-verməyəcəyi barədə danışıblar.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti