IMG-LOGO

Tramp Harrislə debatın yeni raundundan imtina edib

13.09.2024 01:13 34 baxış
IMG

Respublikaçı Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi vitse-prezident Kamala Harrislə debatların yeni raundunu keçirməkdən imtina edib.

“Report” xəbrə verir ki, bu barədə o, sahibi olduğu “Truth Social” platformasında bildirib.

“Yıxılan pəhləvan güləşdən doymaz. Sorğular açıq-aydın göstərir ki, çərşənbə axşamı axşam solçu radikal demokrat namizəd Kamala Harrisə qarşı debatda qalib gəldim, o isə dərhal ikinci debat tələb etdi. O, “Fox”da müzakirələrə gəlmədi və NBC və CBS-də görünməkdən imtina etdi. Kamala son dörd ildə nə etməli olduğuna diqqət yetirməlidir. Üçüncü debat olmayacaq”, – Tramp diqqətə çatdırıb.

Xatırladaq ki, ABŞ prezidentliyinə demokratlar partiyasından namizəd Kamala Harris seçki yarışında əsas rəqibi respublikaçı Donald Trampla debatda üstün olub.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti