ABŞ Silahlı Qüvvələri “Patriot” hava hücumundan müdafiə (HHM) sistemlərinin Ukrayna və Yaxın Şərqə tədarükünü nəzərə alaraq bu sistemlərin batareyalarının sayını artıracaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Quru Qoşunları üzrə ordu katibi Kristin Uormut “Stimson Washington” analitik mərkəzində çıxışı zamanı bildirib.
“Ukrayna məlum səbəblərə görə daha çox “Patriot” istəyir. Biz Yaxın Şərqdəki qüvvələrimizi qorumaq üçün də “Patriot”dan istifadə edirik. Odur ki yaxın bir neçə ildə ABŞ ordusuna əlavə “Patriot” batareyaları əlavə ediləcək”, - o deyib.
Uormut etiraf edib ki, ABŞ Silahlı Qüvvələri hazırda məhdud sayda “Patriot” sistemlərinə malikdir, lakin eyni zamanda onların ordudakı mövcudluqları artmaqdadır.
Bundan əlavə, Pentaqon nümayəndəsinin sözlərinə görə, ABŞ Silahlı Qüvvələri bütövlükdə hava hücumundan müdafiə qüvvələrini artırır, o cümlədən PUA-larla mübarizə aparmaq üçün batareyalar yaradır.
Bizim WhatsApp kanalımıza abunə olun