ABŞ Venesuelada keçirilmiş prezident seçkiləri zamanı qanun pozuntularına yol verdiyini iddia etdiyi 16 venesuelalı məmur ilə bağlı iqtisadi və viza məhdudiyyətləri tətbiq edib.
“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti bəyanat yayıb.
Sənəddə qeyd olunur ki, bu tədbirlər Venesuelada rəqabətli seçkilərin keçirilməsinə mane olmaqda və ölkədə hakimiyyəti qanunsuz olaraq saxlamaq cəhdlərində ittiham olunan Nikolas Maduronu və onun tərəfdaşlarını məsuliyyətə cəlb etmək üçün nəzərdə tutulub.
Sanksiya tətbiq olunan şəxslər Venesuela Milli Seçki Şurasının, Ali Məhkəməsinin rəhbərləri və hazırkı prezidentlə əlaqəli Milli Assambleya üzvləridir.
Məlumata görə, Dövlət Departamenti öz növbəsində Venesuelada demokratiyaya xələl gətirdiyini iddia etdiyi Maduro tərəfdarlarına qarşı yeni viza məhdudiyyətlərinin tətbiqi üçün addımlar da atır.
Xatırladaq ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Nikolas Maduro seçicilərin 51,95 %-nin səsini toplayaraq yenidən prezident seçilib.
Bizim WhatsApp kanalımıza abunə olun