Perunun 15 ildən artıq həbsdə olan keçmiş dövlət başçısı Alberto Fuximori vəfat edib.
“Report”un məlumatına görə, bu barədə onun qızı Keyko Fuximori məlumat verib.
“Xərçənglə uzun sürən mübarizədən sonra atamız Alberto Fuximori indicə dünyasını dəyişib”, - deyə o qeyd edib.
Xatırladaq ki, 2009-cu ildə Fuximori insan hüquqlarının pozulmasında təqsirli bilinərək 25 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə, həmçinin, onun 1991-ci ilin noyabrında Barrios Altos rayonunda 15 nəfərin qətlində və 1992-ci ilin iyulunda Limada doqquz tələbənin və bir universitet müəlliminin qaçırılaraq öldürülməsində iştirakını sübuta yetirib.
Bizim Telegram kanalımıza abunə olun