IMG-LOGO

Slovakiyada məktəblərin təhlükəsizliyi gücləndiriləcək

12.09.2024 04:29 64 baxış
IMG

Slovakiya hökumətinin qəbul etdiyi qərara əsasən təhlükəsizliyi artırmaq üçün məktəblər videomüşahidə sistemləri ilə təchiz olunacaq.

“Report” xəbər verir ki, bu barədə “Slovak Radiosu” məlumat yayıb.

Layihənin həyata keçirilməsinə 62,7 milyon avro ayrılacaq. Uşaq təhsil müəssisələrinin təhlükəsizliyinin gücləndirilməsi zərurəti onlara qarşı anonim təhdidlərin artması ilə əlaqədardır.

Məsələn, son bir həftə ərzində ölkənin yüzlərlə məktəbinə binanı bombalamaqla hədələyən məktublar daxil olub. Layihənin növbəti iki il ərzində həyata keçirilməsi nəzərdə tutulur. Slovakiyada 3 minə yaxın ibtidai və orta məktəb var.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti