IMG-LOGO

14 yaşından kiçik uşaqlara sosial mediaya giriş qadağan edilir

12.09.2024 03:27 32 baxış
IMG

Avstraliyanın Cənubi Avstraliya əyaləti 14 yaşından kiçik uşaqlara sosial media qadağası qoymağa hazırlaşır.

Lent.az xəbər verir ki, Ali Məhkəmənin keçmiş hakimi Robert Frans kiçik uşaqların sosial mediadan istifadə etməsi ilə bağlı hüquqi problemləri araşdıran hesabat hazırlayıb.

Hesabatda 14 yaşından kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsi də yer alıb.

Ölkənin baş naziri Malinauskas açıqlamasında bu hesabata daxil edilən qanun layihəsinə əsasən 14 yaşından kiçik uşaqların sosial mediadan istifadəsinin qadağan edilməsinin lazım olduğunu bildirib.

Sosial medianın avstraliyalıların psixi sağlamlığına dağıdıcı təsirləri olduğunu deyən Malinauskas bütün ştatları bu hesabatı qəbul etməyə çağırıb.

Qanun layihəsinin əvvəlcə Cənubi Avstraliyada, sonra isə digər ştatlarda parlamentlərə təqdim ediləcəyi gözlənilir.

Xəbər lenti