IMG-LOGO

Slovakiyalı nazir AK-nın neft tranziti məsələsinin həllində fəaliyyətsizliyini qeyd edib

11.09.2024 23:34 35 baxış
IMG

“Neftin Drujba boru kəməri ilə Slovakiyaya vurulması təmin edilir, lakin indiyə qədər fəaliyyətsiz olan və vaxtla oynayan Avropa Komissiyası (AK) sayəsində deyil”.

“Report” xəbər verir ki, bunu Slovakiyanın xarici işlər naziri Yuray Blanar feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, AK Slovakiya və Macarıstan sakinlərinin probleminin həllinə kömək etməyib. Blanar neftin Rusiyadan Aİ-yə Ukrayna ərazisindən tranzitinə dair razılaşmanın əldə olunmasını alqışlayıb.

Qeyd edək ki, bu müqavilə sayəsində Macarıstanın MOL neft-qaz şirkəti Belarus-Ukrayna sərhədindən neft əldə edəcək, daha sonra “qara qızıl” Slovakiyaya ötürüləcək.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti