IMG-LOGO

Nikaraquada 135 məhkum vətəndaşlıqdan məhrum edilib

11.09.2024 01:18 34 baxış
IMG

Nikaraquada əvvəllər müxtəlif cinayətlərə görə məhkum edilmiş 135 nəfər vətəndaşlıqdan məhrum edilib.

“Report” “El 19 Digital” nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin Ali Məhkəməsi məlumat yayıb.

"Manaqua dairəsi Apellyasiya Məhkəməsinin Birinci Cinayət Palatası Nikaraqua xalqının suverenliyinə, müstəqilliyinə qəsd edən, zorakılığı, nifrəti, terrorizmi təbliğ edən, sülhü, təhlükəsizliyi və konstitusiya quruluşunu pozan cinayət əməllərinə görə məhkum edilmiş 135 nəfərin Nikaraqua vətəndaşlığından məhrum edilməsini nəzərdə tutan məhkəmə qərarı çıxarıb", - məlumatda deyilir.

Keçən həftə eyni sayda vətəndaş Manaqua və Vaşinqton arasında razılaşma əsasında Qvatemalaya deportasiya edilib. Onların şəxsiyyəti açıqlanmır.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti