Sentyabrın 10-da keçirilən müşavirədə Aleksandr Lukaşenko siyasi rəqiblərinə tövsiyə edib.
O, “ölkəni alt-üst etmək” arzusunda olanlara, prezident seçkilərində gəlib mübarizə aparmağın haqlı olduğunu sübuta yetirməyi məsləhət görüb.
“Beləliklə, onlar artıq 2025-ci ildə keçiriləcək seçkilərdə vətəndaşlara “anti-Belarus mövqeyini” izah etməyə çalışa bilərlər.
Sadəcə, həmişə olduğu kimi, onlara məsləhət vermək istəyirəm: ölkəni çevirmək və prezident seçkilərində iştirak etmək, haqlı olduqlarını sübut etmək və ya başqa bir şey etmək istəyirlərsə, gəlib prezident seçkilərində mübarizə aparmalıdırlar”, - dövlət başçısı vurğulayıb.
Lukaşenko qeyd edib ki, küçələrə çıxmaq, avtomat və pulemyotların, eləcə də sanksiyaların köməyinə müraciət etmək lazım deyil.
Lazım olan yalnız belaruslara rəqiblərin niyə öz ölkələrinə "qayğı göstərdiklərini" və niyə "ona qarşı vuruşduqlarını"izah etməkdir.
Həm də xalqa niyə "Belarus ərazisinə silahlı hücum planlaşdırdıqlarını"izah etmələrini təklif edib.
“Belarusların qarşısında prezident seçkiləri ərəfəsində niyə belə siyasət qurduqlarını izah etmək lazım olacaq.
Əlbəttə ki, müxaliflər xalqın onları dəstəkləməsini deyil, nə etdiklərini başa düşməsini istəyirlərsə”, - Aleksandr Lukaşenko yekunlaşdırıb.