IMG-LOGO

Güləşçimiz dünya çempionatında GÜMÜŞ MEDAL qazandı

08.09.2024 06:58 21 baxış
IMG

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı davam edir.

Lent.az xəbər verir ki, turnirin 5-ci günündə sərbəst güləşçilərin mübarizəsinə start verilib.

97 kq çəki dərəcəsində Xetaq Karsanov ilk mərhələdə qırğızıstanlı Aitenir Maksatovu məğlub edib - 11:0. Ardınca o, türkiyəli Rifat Ereni 2:1 hesabıyla üstələyib.

İdmançımız yarımfinalda slovakiyalı Adam Jaksiki də üstələyərək (5:0) finala vəsiqə qazanıb. Təmsilçimiz həlledici qarşılaşmada qazaxıstanlı Rizabek Aitmukana yenilib - 0:10. Bununla da, o, gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Azərbaycan yığması bunadək 2 gümüş, 2 bürünc medal qazanıb.

Xəbər lenti