IMG-LOGO

Beyləqanda AĞIR QƏZA: 25 yaşlı gənc öldü

08.09.2024 01:48 13 baxış
IMG

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Beyləqan-Daşburun yolunda qeydə alınıb.

Belə ki, "KIA Optima" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticəsində 1999-cu il təvəllüdlü Rzayev Nizami ölüb.

Faktla bağlı yerli hüquq mühafizə orqanlarında araşdırma aparılır.

Xəbər lenti