IMG-LOGO

Bakının daha bir yolunda avtobus zolağı

05 Sep 2024 17:06 319 baxış
IMG

Bakının Azadlıq prospektində 3 kilometrə yaxın avtobus zolağı təşkil edilib. Həmin yol sahəsində avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.

Bu barədə Lent.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib. Qeyd olunub ki, Azadlıq prospektindən 10 marşrut xətti üzrə 150-dən çox avtobus keçir. Həmin marşrut avtobusları ilə gün ərzində 120700-ə yaxın sərnişin daşınır.

Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək.

Mənbə: lent.az

Xəbər lenti