IMG-LOGO

31 yaşlı kişi Kürdə batdı - VİDEO

05 Sep 2024 15:14 175 baxış
IMG

Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Cəyirli kəndi ərazisindən keçən hissəsində 1 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupunun qüvvələri cəlb edilib.

Hazırda batdığı ehtimal olunan 31 yaşlı Əhmədli Kənan İlyas oğlunun axtarışları dalğıclar tərəfindən davam etdirilir.

Əlavə məlumat veriləcək.

Mənbə: lent.az

Xəbər lenti