IMG-LOGO

Bakıda yük maşını kişini vurub öldürdü

05.09.2024 10:01 101 baxış
IMG

Bakıda avtomobil piyadanı vurub.

Lent.az xəbər verir ki, hadisə Suraxanı rayonu Binə qəsəbəsində "Azərsun yolu" adlanan yolda baş verib. 34 yaşlı Salamov Kamran Samir oğlunun idarə etdiyi "Mercedes" markalı yük maşını 61 yaşlı Məmmədquliyev İslah Şamxal oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən Sabunçu Tibbi Mərkəzində ölüb.

Faktla bağlı cinayət işi açılıb.

Xəbər lenti