IMG-LOGO

Tovuzda qəzaya baxanları BAŞQA MAŞIN VURDU-YENİLƏNİB-1

02.09.2024 23:11 103 baxış
IMG

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, xəsarət alanlar 1992-ci il təvəllüdlü R.Həsənov, 1991-ci il təvəllüdlü  F.Tağıyev, 1991-ci il təvəllüdlü C.Əliyev, 1992-ci il təvəllüdlü K.Tağıyev, 1984-cü  il təvəllüdlü S.Mehdiyev və 2019-cu il təvəllüdlü M.Dəmirzadədir.

*** 21:05 Tovuzda zəncirvari qəzada xəsarət alanların sayı artıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəzaya baxan bir neçə nəfəri hərəkətə olan digər avtomobil vurub.

Yaralılar xəstəxanaya yerləşdirilib. *** 20:58 Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Hərəkətdə olan iki "VAZ-2107" ilə "Toyota" və "VAZ-21011" markalı minik maşınları toqquşub.

Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti