Tovuzda zəncirvari qəzada xəsarət alanların sayı artıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, qəzaya baxan bir neçə nəfəri hərəkətə olan digər avtomobil vurub.
Yaralılar xəstəxanaya yerləşdirilib. *** 20:58 Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
Hərəkətdə olan iki "VAZ-2107" ilə "Toyota" və "VAZ-21011" markalı minik maşınları toqquşub.
Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.





Mənbə: lent.az