IMG-LOGO

Sabirabadda yol qəzası - Ölən var

02.09.2024 13:42 101 baxış
IMG

Sabirabadda ölümlə nəticələnən yol qəzası baş verib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, Qaratuğay kəndi ərazisində qeydə alınıb. 1992-ci il təvəllüdlü Şamaxı şəhər sakini Zaur Həsənov idarə etdiyi “Mercedes Benz Yük” avtomobili ilə yolu keçən piyada, 1944-cü il təvəllüdlü Yusif Hüseynəliyevi vurub. Nəticədə xəsarət almış şəxs hadisə yerində ölüb. 

Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi başlanılıb.   

Xəbər lenti