IMG-LOGO

İmişlidə traktor AŞDI - Ölən var

02.09.2024 11:06 102 baxış
IMG

İmişli rayonunda ölümlə nəticələn yol qəzası olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün rayonun Oruclu kəndində qeydə alınıb. 1970-ci il təvəllüdlü Fərahim Əmirov idarə etdiyi “MTZ-80” markalı traktorla hərəkətdə olarkən idarəetməni itirərək su arxına aşıb. Nəticədə Fərahim Orucov aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. 

Faktla bağlı İmişli RPŞ-də araşdırma aparılır.   

Xəbər lenti