Rusiyada qəzaya uğrayan helikopterin göyərtəsindəki 22 nəfərin hamısı həlak olub.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, Kamçatkada helikopterin qəzaya uğradığı yerdə 17 nəfərin meyiti tapıldı.
Bu barədə artıq Rusiya Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.
Qeyd edək ki, göyərtəsində 22 nəfər olan Mi-8 helikopteri avqustun 31-də Kamçatkada Vaçkajets vulkanı yaxınlığında radarlardan itib.
Məlumata görə, helikopterdə 3 ekipaj üzvü, 19 turist olub.