Amerika Birləşmiş Ştatları Kiyev hakimiyyətinə açıq şəkildə bildirib ki, artıq çox sayda “ATACMS” (Army Tactical Missile System) taktiki ballistik raketləri tədarük etmək fikrində deyil.
“Report” xəbər verir ki, bu barədə “CNN” Amerika administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
ABŞ Kiyevə bildirib ki, “ATACMS”in əhəmiyyətli tədarüklərini gözləməməlidir. Belə ki, bu raketlərin ABŞ anbarlarında sayı məhduddur və istehsalı da uzun müddət çəkir.
Ukrayna Silahlı Qüvvələri hazırda Rusiya ordusuna qarşı 165 kilometr uçuş məsafəsinə malik və kaset başlığı ilə təchiz edilən “ATACMS” raketlərindən istifadə edir.
Maksimum 300 kilometrədək hədəfləri vura bilən yer-yer tipli “ATACMS” raketləri Amerikanın “Lockheed Martin” korporasiyası tərəfindən istehsal olunur.
Bizim Telegram kanalımıza abunə olun