Fransanın paytaxtı Paris şəhərində “Vətənpərvərlər” Partiyasının mitinqində iştirak edənlər Avropa İttifaqının bayrağını cırıblar.
“Report”un məlumatına görə, “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippot bildirib ki, Fransa müstəqilliyini möhkəmləndirmək üçün təcili olaraq Avropa İttifaqı və NATO-dan çıxmalıdır.
Aksiyaya toplaşan nümayişçilər “Yaşasın azadlıq!” şüarı səsləndiriblər.
Bizim Telegram kanalımıza abunə olun