ABŞ-ın Missisipi ştatında avtobusun qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 37 nəfər yaralanıb.
“Report”un məlumatına görə, bu barədə NBC televiziyası xəbər yayıb.
Qeyd olunub ki, ticarət sərnişin avtobusu Viksburqdan şərqdə şosedən çıxaraq aşıb.
Nəticədə 6 nəfər hadisə yerində, daha bir sərnişin isə xəstəxanada ölüb. Qəzada xəsarət alan ən azı 37 nəfər müxtəlif tibb müəssisələrinə yerləşdirilib.
Məlumata görə, qəzanın səbəbləri araşdırılır.
Bizim WhatsApp kanalımıza abunə olun